"ADA” Universiteti ilə “Azəralüminium” MMC-nin nümayəndə heyəti arasında işgüzar görüş

"ADA” Universiteti ilə “Azəralüminium” MMC-nin nümayəndə heyəti arasında işgüzar görüş
10:29 16 Dekabr 2019
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“ADA” Universiteti ilə “Azəralüminium” MMC-nin nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.

Trend-in məlumatına görə, görüş zamanı Universitetin rektoru Hafiz Paşayev və müəssisənin direktoru Maksim Cavadov tələbə və məzunların məşğulluq imkanları, elm ilə özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsi, eləcə də “Azəralüminium” MMC-nin informasiya texnologiyaları üzrə mütəxəssislərinin həmin sahə üçün hazırlanan kadrların təcrübə keçməsinə cəlb olunması və ümumilikdə bu qəbildən əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparıblar.

Qeyd olunub ki, İT üzrə mütəxəssislərin hazırlanması layihənin ilkin mərhələsidır. Layihənin davamı olaraq biznesin idarəolunması, marketinq və digər sahələr üzrə yeni kadrların hazırlanması, həmçinin elmi potensialdan istifadə etməklə sahibkarlığın inkişafı üçün tələb olunan statistika və təhlillərin aparılması istiqamətində əməkdaşlığın qurulması da nəzərdə tutulur.

“Azəralüminium” MMC və ADA Universiteti arasında həyata keçirilən bu qəbildən layihələr tələbələr arasında biznes ideyalarının yaranması, innovativ təşəbbüslərin gerçəkləşməsi, iqtisadiyyatın müxtəlif sahələri üzrə araşdırmaların aparılmasına dair birgə proqramlar həyata keçirilməsi baxımından əhəmiyyət daşıyır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3164221.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR