Türkiyədən ABŞ-a ŞOK HƏMLƏ: ermənilərə qarşı...

Türkiyədən ABŞ-a ŞOK HƏMLƏ: ermənilərə qarşı...
10:33 16 Dekabr 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan televiziya və radio kanallarından birinə verdiyi geniş müsahibədə Amerika Birləşmiş Ştatlarında “erməni soyqırımı” qətnaməsinin qəbulu məsələsinə toxunub. O, Vaşinqtona mesaj göndərib ki, bu gedişlə Amerikanın “İncirlik” hərbi bazasını bağlaya bilər. Bundan başqa, “erməni soyqırımı” qətnaməsinin qəbuluna qarşılıq olaraq Türkiyə parlamenti də Amerikada hindulara qarşı həyata keçirilən soyqırımı tanıya bilər”.

Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Siyasi şərhçi bildirib ki, Amerika Türkiyəni sürətlə itirir: “Amerikadakı siyasi mərkəzlər hesab edirlər ki, Türkiyə Soyuq Müharibə illərində olduğu kimi Vaşinqtondan gələn bütün təlimatları qeyd-şərtsiz yerinə yetirməli, öz maraqlarını yox, birinci növbədə Amerikanın maraqlarını nəzərə almalıdır. Soyuq Müharibə 28 ildir bitib, SSRİ yoxdur. Beləcə, Türkiyənin Amerikanın himayədarlığına ehtiyacı qalmayıb. Türkiyə bölgədə öz maraqları olan regional oyunçuya çevrilib. Amerikada bunu anlamaq istəmirlər. Vaşinqtonda düşünürlər ki, sanksiyalarla, erməni qətnamələri ilə Türkiyəni sözəbaxan edəcəklər. Amma tam əksi baş verir. Əlbəttə “İncirlik” hərbi bazasını bağlamaq asan məsələ deyil. Ancaq bu gedişat Ankaraya alternativ yol qoymayıb. “İncirlik” hərbi bazasının bağlanması ilə Türkiyə-Amerika strateji tərəfdaşlığı üzərindən xətt çəkilmiş olacaq".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/299187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR