ABŞ Əfqanıstandakı 4 min əsgərini geri çəkir

Donald Tramp hökümətinin ABŞ ilə Taliban arasındakı görüşmələrdən sonra Əfqanıstandakı əsgər sayını azaldacağı bildirilib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, "CNN"-nin yayımladığı xəbərə görə, ABŞ prezidenti Tramp Əfqanıstandakı 13 min amerikan əsgərindən 4 minini geri çəkəcək. Donald Tramp bundan öncə də Əfqanıstandakı əsgər sayını azaltmaq istədiyini dilə gətirmişdi.

Bildirilir ki, ABŞ 2001-ci ildən bəri Əfqanıstandakı müharibədə 133 milyard dollar xərcləyib. 2 min 300 amerikan əsgərinin öldüyü Əfqanıstanda 58 mindən çox əfqan əsgəri və 38 min sivil ölüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR