Araz çayının İmişli rayonundan keçən hissəsi qadağan olunmuş sintetik torlardan təmizlənib

Araz çayının İmişli rayonundan keçən hissəsi qadağan olunmuş sintetik torlardan təmizlənib
15:47 16 Dekabr 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Ekologiya vət Təbii Sərvətlər Nazirliyi (ETSN) su hövzələrinin qadağan olunmuş ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti reyd keçirib.
"Report" xəbər verir ki, Araz çayının İmişli rayonun Şahverdli, Göbəktala, Məmmədli, Rəsullu kəndləri və Bəhrəmtəpə qəsəbəsi ərazisindən keçən hissəsi qadağan olunmuş sintetik torlardan və digər ov vasitələrindən təmizlənib.
ETSN-nin Regional Ekologiya İdarəsinin rəisi Kənan Kərimli jurnalistlərə açıqlamasında bildirib ki, 3 saylı Regional Ekologiya İdarəsinin və Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları ilə birgə keçirilən reyd zamanı sözügedən ərazidən qadağan olunmuş ov alətləri maddi sübut kimi götürülüb və müvafiq sənədləşmə işləri aparılıb.
Reydlər davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/araz-cayinin-i-misli-rayonun-erazisinden-kecen-hissesi-qadagan-olunmus

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR