Evsizlər gəmidə qalacaq - İcarə haqqı isə...

Evsizlər gəmidə qalacaq - İcarə haqqı isə...
22:47 16 Dekabr 2019
103 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kaliforniya ştatında evsizlərin kruiz gəmisində yerləşdirilməsi təklif edilir.

Milli.Az xəbər verir ki, son iki ildə ABŞ-da evsiz insanların sayı kəskin şəkildə artıb və problem getdikcə ciddiləşir.

Oklend rəhbərləri (Kaliforniya ştatı) hesab edir ki, evsizlərin kruiz gəmisində yerləşdirilməsi problemin həllinə az da olsa kömək edəcək.

Məlumata görə, 430 min əhalisi olan şəhərdə 3,2 min insanın evi yoxdur.

Şəhər Şurasının nümayəndəsi Rebeka Kaplanın sözlərinə görə, 1 gəmiyə 1000 nəfər yerləşə bilər:

"Bu, problemin həlli üçün optimal variant hesab edilə bilər. Kruiz gəmiləri təbii fəlakətlərdən sonra insanları tez bir zamanda yerləşdirmək və Olimpiya Oyunları kimi tədbirlər üçün əlavə yaşayış yeri kimi istifadə olunur. Gəmini icarəyə götürmək olar. Kirayəçilər isə qazanclarından icarə haqqı ödəyə bilərlər".

Liman rəhbərliyi isə ideyanı real saymır, çünki dənizdəki obyektlərdə təhlükəsizlik məsələləri federal hakimiyyət orqanları tərəfindən tənzimlənir. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/810798.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR