Şotlandiyada qəsrdə yaşamağa hazır olan işçi axtarılır

Şotlandiyada qəsrdə yaşamağa hazır olan işçi axtarılır
04:57 17 Dekabr 2019
132 Digər
Ölkə mətbuatı
A- A+

Şotlandiyanın qəhvə şirkəti "Carlowrie Castle" qəsrində bir həftə yaşamağa hazır olan əməkdaş axtarır.
Bu barədə "Report" "Lonely Planet"ə istinadən bildirir.
Müsabiqə hamı üçün açıqdır. Qalib gələn namizəd 5000 dollar məbləğində maaşdan başqa qəsrin şəxsi qulluqçusunun xidmətlərindən istifadə edəcək.
Burada qalacaq şəxsə gündə 5 dəfə qidalanma vəd verilir. Müsabiqədə qalib gələn şəxs bura özü ilə yaxın adamı gətirə biləcək.
Müsabiqədə iştirakla bağlı anketi dekabrın 21-dək vermək lazımdır.

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/sotlandiyada-qesrde-yasamaga-hazir-olan-isci-axtarilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR