ABŞ prezidentinin müşaviri ticarət danışıqları ilə bağlı Britaniyaya səfər edəcək

ABŞ prezidentinin müşaviri ticarət danışıqları ilə bağlı Britaniyaya səfər edəcək
06:42 17 Dekabr 2019
53 Digər
Ölkə mətbuatı
A- A+

Ağ Evin Milli İqtisadi Şurasının başçısı Lourens Kadlou 2020-ci ilin əvvəlində ticarət və iqtisadi məsələlər üzrə danışıqlar aparmaq üçün Böyük Britaniyaya səfər etmək niyyətindədir.
"Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.
Kadlounun sözlərinə görə, ABŞ və Britaniyanın nümayəndələri "çox şeyləri, o cümlədən ticarət"i müzakirə etməyi planlaşdırırlar. O, əlavə edib ki, yaxın vaxtlarda ABŞ tərəfindən ticarət sazişi üzərində iş başlayacaq.
Agentliyin məlumatına görə, müşaviri səfərin gedişatında ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Mett Pottinqer müşayiət edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-prezidentinin-musaviri-ticaret-danisiqlari-ile-bagli-britaniyaya

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR