“Apple” şəkillərin keyfiyyətini yüksəltmək üçün startapı satın alıb

“Apple” şəkillərin keyfiyyətini yüksəltmək üçün startapı satın alıb
07:22 17 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "Apple" korporasiyası Britaniyanın "Spectral Edge" startapını satın alıb. Startap tərəfindən hazırlanmış texnologiya ABŞ şirkətinin smartfonları ilə çəkilən şəkillərin keyfiyyətini yüksəltməyə imkan verəcək.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, satınalma haqqında "Bloomberg" nəşri məlumat verib. "Spectral Edge" startapı Şərqi İngiltərə Universitetinin tədqiqatçılar qrupu tərəfindən təsis edilib. Onlar şəkillərin keyfiyyətini yüksəltməyə imkan verən texnologiya hazırlayıblar.

Hələ 2016-cı ildə "TechCrunch" nəşri tərəfindən "Spectral Edge" haqqında məqalədə dərc edilmiş iki fotoşəkilə əsasən demək olar ki, texnologiya şəklin dinamik diapazonunu və rənglərin dolğunluğunu artırmağa kömək edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/810463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR