Bakıda icranın bir əməkdaşı qaçdı, digəri intihar etdi...

Bakıda icranın bir əməkdaşı qaçdı, digəri intihar etdi...
10:43 17 Dekabr 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün 44 yaşını qeyd edən Nərimanov Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Əlizadənin intiharı sözügedən qurumda son bir həftə ərzində baş verən ikinci qəribə hadisədir.

Axar.az xəbər verir ki, bundan əvvəl sözügedən qurumun Təsərrüfat şöbəsinin müdiri Rafael Abdullayevin dekabrın 11-də Azərbaycanı tərk edərək, Ukraynaya qaçması haqda məlumat yayılıb.

Məsələ ilə bağlı icra hakimiyyətindən verilən açıqlamada şöbə müdirinin icra başçısı Abidin Fərzəliyevin müvafiq əmri ilə vəzifəsindən azad olunduğu deyilib. Açıqlamada R.Abdullayevin vəzifədən azad edilməsinə səbəb kimi onun vətəndaşları incitməsi və rayon ərazisində tikilən göydələn sahiblərinə qarşı dələduzluq etməsi göstərilib.

Qeyd edək ki, ötən gün Nərimanov Rayon İcra Hakimiyyətinin şöbə müdiri, 1975-ci il təvəllüdlü Əlizadə Elmar Şamil oğlu doğum günü məclisindən sonra yaşadığı evdə özünü asaraq intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/299294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR