Naxçıvan istiqamətində aviabiletlərin onlayn bronlaşdırılması müvəqqəti dayandırılacaq

Naxçıvan istiqamətində aviabiletlərin onlayn bronlaşdırılması müvəqqəti dayandırılacaq
12:37 17 Dekabr 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Naxçıvan istiqamətində aviabiletlərin onlayn bronlaşdırılması müvəqqəti dayandırılacaq.
"Report" bu bardə “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) istinadən xəbər verir.
"www.azal.az saytında həyata keçirilən texniki işlərlə əlaqədar 2020-ci il yanvarın 8-dən sonra yerinə yetiriləcək Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə reyslərə aviabiletlərin onlayn bronlaşdırılması müvəqqəti olaraq mümkün olmayacaq",- məlumatda bildirilib.
Məlumata görə, texniki işlərin gələn ilin yanvarın 7-də başa çatması planlaşdırılır.
Qeyd edək ki, yanvarın 8-nə qədər yerinə yetirilən uçuşlar üçün aviabiletlərin onlayn satışı məhdudiyyətsiz aparılacaq.
Qeyd olunan dövr üçün biletlərin əldə edilməsi ilə bağlı “Silk Way Travel”in ofisinə (Bakı şəhəri, Nizami küçəsi, 126), həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda və Naxçıvanın hava limanındakı kassalarımıza müraciət etməyinizi xahiş edirik.
Müvəqqəti narahatlığa görə üzr istəyirik.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/naxcivan-istiqametinde-aviabiletlerin-onlayn-bronlasdirilmasi-muveqqe

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR