2500-dən çox sahibkar təlimlərə cəlb olunub - Qoşqar Təhməzli

2500-dən çox sahibkar təlimlərə cəlb olunub - Qoşqar Təhməzli
14:05 17 Dekabr 2019
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yarandığı ilk gündən qida təhlükəsizliyi məsələlərinə əməl edən, Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində irəliləyən sahibkarların yanındadır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Azərbaycanda ərzaq və kənd təsərrüfatında DİM-lərin yerinə yetirilməsində özəl sektorun cəlb olunması və investisiya fəallığının təmin edilməsi seminarında deyib.

O bildirib ki, Agentliklə müxtəlif sahibkarlıq subyektləri arasında müxtəlif formatlarda görüşlər keçirilib:

"Eyni zamanda sahibkar üçün təlimlər təşkil edilib. Həmin təlimlər zamanı 20-yə yaxın qida təhlükəsizliyi ilə bağlı mövzu seçilərək 2500-dən çox sahibkar bu təlimlərə cəlb olunub.

Ölkədə ən vacib məsələlərdən biri qida təhlükəsizlikliyidir. Ölkə başçısının müvafiq fərmanı ilə il yarıma yaxındır ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini öz fəaliyyətinə başlayıb. Agentliyin tabeliyində Prezidentin müvafiq fərmanı ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu fəaliyyət göstərir.
Bu məsələyə yanaşmamız birinci gündən ondan ibarətdir ki, qida təhlükəsizliyi 3 əsas istiqaməti özündə cəmləşdirə bilib. Birincisi və ən vacibi əhalinin sağlamlıq göstəriciləridir, ikinci vacib məsələ ölkədə qida məhsullarının ixrac potensialının artırılmasıdır, yəni əgər məhsulun təhlükəsizlik göstəriciləri yüksək səviyyədə olarsa, o artıq məhsulun etibarlılığının artırılması deməkdir, 3-cü vacib məsələ qida məhsullarının sağlam rəqabət mühitinin yaradılmasıdır".

Q.Təhməzli birdirib ki, Qida Təhlükəsizliyi İnstitutunun nəzdində 19 laboratoriya analitik ekspertiza mərkəzinin nəzdində fəaliyyət göstərir.

"Həmin laboratoriyalar beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalardır. Onu da qeyd edim ki, aparılan monitorinqlər nəticəsində belə bir rəy formalaşdı ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu post Sovet məkanında ən mükəmməl göstəricilərilərə malikdir. Eyni zamanda peşəkarlıq göstəricilərinə görə Qida Təhlükəsizliyi İnstitutu xüsusi yer tutur. İnstitutun verdiyi rəylər dünyanın ən aparıcı qurumları tərəfindən tanınır".

Agentlik rəhbəri deyib ki, Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başlayan dövrə qədər Avropa İttifaqına ixrac olunan zaman təqribən 1 il ərzində 36 nəqliyyat vasitəsi geri qaytarılıb:

"Agentliyik fəaliyyətə başlayandan sonra ölkədən ixrac olunan fındığın 6 nəqliyyat vasitəsi geri qaytarılıb. Onlardan da 4-də təhlükəsizlik göstəricilərində problem olub, digər ikisində isə nəqliyyat sənədlərində uyğunsuzluq olub".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/811098.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR