Davit Volkov: "Finala qədər "Qarabağ" və "Neftçi" ilə qarşılaşmayacağımız üçün bəxtimiz gətirib"

Davit Volkov: "Finala qədər "Qarabağ" və "Neftçi" ilə qarşılaşmayacağımız üçün bəxtimiz gətirib"
15:57 17 Dekabr 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

“Qəbələ”nin gürcüstanlı futbolçusu Davit Volkovun “Report”a müsahibəsi...
- Azərbaycan Kubokunun 1/4 final mərhələsində evdə keçirdiyiniz ilk oyunda “Sabah”ı 3:0 hesabı ilə məğlub etdiniz. Matçı necə qiymətləndirirsiniz?
- Bəli, inamlı qələbə qazandıq, amma hələ heç nə həll olunmayıb. Yaxşı oyunla qalib gəlməyimiz sevindiricidir. Komandamız tədricən optimal formaya düşməkdədir. Premyer Liqanın son turlarında “Səbail” və “Zirə”ni də 3 cavabsız qolla məğlub etmişik. Mövsümün əvvəli ilə müqayisədə daha yaxşı çıxış edirik.

- Yarımfinala çıxmaq baxımından komandanız bir addım öndədir...
- İşin yarısını görmüşük. Amma yenə də deyirəm – yarımfinalçı cavab görüşündən sonra bəlli olacaq. Rahatlaşa bilmərik.
- Elmar Baxşiyev baş məşqçi postunda Sənan Qurbanovu əvəzləyəndən sonra nələri dəyişdi? Komandadakı yüksəlişin səbəbi nədir?
- Bütün bunlar ümumi əməyin nəticəsidir. Səhvlərimizdən nəticə çıxarır, hər matçda bir az da artırmaq istəyirik. Heyətə yayda qoşulanlar da artıq uyğunlaşıblar. Bu amili də nəzərə almaq lazımdır.
- Artıq 1 ildir “Qəbələ”dəsiniz. Öz çıxışınızı necə qiymətləndirirsiniz?
- Yaxşı alındığını düşünürəm. Ötən mövsüm komandamız ilk tutulunu – Azərbaycan Kubokunu qazandı. Mən də istər oyunum, istərsə də qollarımla komandama faydalı olmağa çalışmışam. Ən doğru qiyməti media və azarkeşlər verə bilər.

- “Qəbələ” yenə kuboku götürə bilər?
- Əlbəttə! Bunun üçün yaxşı şansımız var. Finala qədər “Qarabağ” və “Neftçi” ilə qarşılaşmayacağıq. Bu baxımdan bəxtimiz gətirib. Bunun həm bizim üçün üstünlük olduğunu düşünürəm. Lakin “Səbail” və “Zirə”nin də güclü komandalar olduğunu düşünürəm. Yarımfinala çıxsaq, onlardan hansı düşsə, bizim üçün çətin olacaq.
- “Qəbələ” ilə 1 illik müqavilənin müddəti başa çatır. Bu klubdan qalmaq istəyirsiniz?
- Hələlik heç nə bilmirəm. “Qəbələ”ni nə deyəcəyini gözləyirəm. Özümü burada yaxşı hiss edirəm və durumumdan razıyam. Komandada qalmaq istərdim.
- “Qəbələ”nin sabiq hücumçuları – Baqali Dabo, Stiven Manroz və Rauf Əliyev “Neftçi”yə keçiblər. “Neftçi” və ya “Qarabağ”dan təklif gəlsə, cavabınız necə olacaq?
- Hələlik nə “Qəbələ”dən, nə də başqa bir klubdan təklif almamışam. Mənim üçün hazırkı klubumun mövqeyi əsasdır. Yenə deyirəm, özümü Azərbaycanda yaxşı hiss edirəm. Karyeramdan razıyam.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/davit-volkov-finala-qeder-qarabag-ve-neftci-ile-qarsilasmayacagimiz-ucun-bextimiz-getirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR