İlin son reytinq cədvəli açıqlandı - "Qarabağ" məşhur klubları qabaqladı

İlin son reytinq cədvəli açıqlandı - "Qarabağ" məşhur klubları qabaqladı
16:17 17 Dekabr 2019
196 İdman
Ölkə mətbuatı
A- A+

UEFA 2019-cu il üçün klubların yekun reytinq cədvəlini açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, qurumun rəsmi saytında yenilənmə Avropa kubokarının qrup mərhələlərinin son turunun oyunlarından sonra aparılıb.

Reytinqdə Azərbaycandan ən yaxşı nəticə əvvəlkitək "Qarabağ"a məxsusdur. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 21 min xalla 71-ci yeri tutub. Sıralamada Ağdam klubundan geridə olan Avropa klubları arasında PAOK (Yunanıstan), "Hetafe", "Espanyol", "Betis", "Real Sosyedad", "Selta" (hamısı İspaniya), "Milan", "Fiorentina" (hər ikisi İtaliya), "İstanbul Başakşehir" (Türkiyə), "Everton" (İngiltərə) kimi tanınan klublar da var.

Reytinq siyahısına əvvəlkitək "Real" Madrid başçılıq edir (134 min xal). İkinci yeri "Barselona" (123 min xal), üçüncü yeri "Bavariya" (121 min xal) tutur.

Son beş mövsümün nəticələri əsasında hazırlanan və ümumən 421 komandanın adının olduğu reytinqdə "Qarabağ"la yanaşı Azərbaycanın daha 6 klubu yer alıb. "Qəbələ" 145-ci, "Neftçi" 274-cü, "Səbail" 279-cu, "Keşlə" 281-ci, "Zirə" 282-ci, "Kəpəz" isə 283-cü yeri tutur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/811168.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR