“Akhbar al-yaum” internet qəzeti Azərbaycanın Misirdəki səfirinin 20 Yanvar hadisələri barədə məqaləsini dərc edib

23:38 16 Yanvar 2015
101 Ölkə
Ölkə mətbuatı
A- A+


Qahirə, 16 yanvar, AzərTAc
20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin bu ölkənin “Akhbar al-yaum” internet səhifəsində məqaləsi dərc edilib.
Səfir məqaləsində 1990-cı il yanvarın 20-də Sovet ordusunun müxtəlif istiqamətlərdən Bakıya hücumlar həyata keçirərək, çox sayda dinc əhalini qətlə yetirdiyi barədə məlumat verib. Qeyd edib ki, dinc sakinlərə qarşı törədilən vəhşiliklər yaddaşlara dərin kədər hissləri ilə həkk olunsa da, xalqın azadlıq əzmini qıra bilməyib. O vaxt sovet rejiminin rəhbərliyində olan M.Qorbaçovun əmri ilə həyata keçirilən və məqsədi Azərbaycan xalqının müstəqillik arzusunu qan içində boğmaq olan hərbi əməliyyat nəticəsində 147 insan qətlə yetirilib, 700-dən çox insan isə yaralanıb. Bu və digər faktları diqqətə çatdıran Şahin Abdullayev günahsız insanların qətlində bilavasitə əli olan M.Qorbaçova Nobel sülh mükafatının verilməsinin ədalətsiz olduğunu qeyd edib.
Məqalədə Sovet ordusunun törətdiyi dəhşətli 20 Yanvar faciəsinin ardınca Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu xüsusi vurğulanıb.
Bu gün müasir Azərbaycanın surətlə inkişaf etdiyini söyləyən səfir ölkəsinin regional və beynəlxalq miqyasda sabit və etibarlı tərəfdaşa çevrildiyi barədə də geniş məlumat verib.
Məqalənin tam mətni ilə bu linkdən tanış olmaq mümkündür: http://akhbarelyom.com/news/newdetails/364319/1/%D8%BA%D8%B2%D9%88-%D8%A7%D9%84%D9%82%D9%88%D8%A7%D8%AA-%D8%A7.html#.VLkocNKsW31).
Asya Hacizadə
AzərTAc-ın xüsusi müxbiri
Qahirə

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Akhbar_al_yaum_internet_qezeti_Azerbaycanin_Misirdeki_sefirinin_20_Yanvar_hadiseleri_barede_meqalesini_derc_edib-825462

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR