"Qarabağ" "Neftçi"nin rekordunu təkrarladı

"Qarabağ" "Neftçi"nin rekordunu təkrarladı
17:37 17 Dekabr 2019
132 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" Azərbaycan kubokunda 90-cı qələbəsini qazanıb.

Milli.Az xəbər verir ki, bu yubiley 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib.

Qurban Qurbanovun yetirmələri ev matçında "Keşlə"ni 1:0 hesabı ilə yenib. 1993-cü ildən kubokda mübarizə aparan ağdamlılar 90-cı qələbəni 143-cü görüşündə əldə edib. Bu qələbələrdən 55-i evdə, 29-u səfərdə, 6-sı neytral meydanda qazanılıb.

"Qarabağ" Azərbaycan kubokunda ən çox qələbə qazanan komanda adına şərik olub. Əyalət klubuna qədər "Neftçi" hamıdan çox - 90 dəfə kubok matçında qalib gəlib. Lakin bakılılar daha çox - 158 oyunda buna nail olublar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/811164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR