YENİ DÖVLƏT qurulur - Qəbul etməyənlərə SƏRT CƏZA

YENİ DÖVLƏT qurulur - Qəbul etməyənlərə SƏRT CƏZA
18:03 17 Dekabr 2019
120 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın İsrail-Fələstin münaqişəsinin həlli kimi dəyərləndirdiyi “Əsrin müqaviləsi”nin ilkin mətni yayımlanıb.

Publika.az xəbər verir ki, mətni LivanınAl Mayadeen” televiziyası ictimailəşdirib.

Sənədə əsasən, yeni Fələstin dövlətinin qurulması üçün İsrail, Həmas” və Fələstin Qurtuluş Təşkilatı (FQT) razılığa gəlib. Razılaşmaya görə, Qərbi Şəriə və Qəzza zolağında “Yeni Fələstin” adı altında dövlət qurulacaq.

“Al Mayadeen”də yer alan məlumata görə, layihə ABŞ, Avropa İttifaqı və Körfəz ölkələri tərəfindən qəbul olunub.

“Yeni Fələstin”in qurulması üçün ABŞ, Avropa İttifaqı və Körfəz ölkələri qarşıdakı 5 il əzrində 30 milyard dollar xərcləyəcək. Yeni dövlətdə ancaq polisin silah gəzdirməsinə icazə veriləcək. İsrail bu dövləti xarici təhdidlərdən mühafizə edəcək. Buna görə də “Yeni Fələstin”dən müəyyən qədər ödəniş alınacaq.

İddiaya görə, “Həmas” qüvvələri tamamilə silahsızlaşdırılacaq. Üzvlərinə aylıq maaş veriləcək. Qəzza zolağının nəzarətini əlində saxlayan hərəkat, İsraillə münaqişəyə girməyəcək.

FQT və “Həmas” razılaşmanı rədd edərsə, ABŞ fələstinlilərə verdiyi maliyyə dəstəyini kəsəcək. Digər ölkələrin Fələstinə yardım etməsinə əngəl olacaq. Eyni üsul İsrailə də şamil ediləcək və ona iqtisadi yardım edilməyəcək.

Qeyd edək ki, “Əsrin müqaviləsi” layihəsini Donald Trampın baş məsləhətçisi və kürəkəni Cerard Kuşner ərsəyə gətirib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/299363.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR