Rusiyalı deputat mənimsəmədə təqsirləndirilərək tutulub

Rusiyalı deputat mənimsəmədə təqsirləndirilərək tutulub
20:32 17 Dekabr 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

Vahid Rusiya Partiyasının deputatı Yelena Maxanek tutulub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Mətbuat Xidməti məlumat yayıb.
Rusiyanın Leninqrad vilayətinin qanunverici orqanının təmsilçisi “Qazprom”un törəmə şirkətindən 20 milyon rubldan artıq (320 min dollardan artıq) məbləğdə maliyyə vəsaitinin mənimsəməkdə şübhəli bilinir.  
Bildirilib ki, deputatı dekabrın 17-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tutub. Hazırda Yelena Maxanek barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsi müzakirə olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/region/qazprom-un-pullarini-menimseyen-deputat-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR