Dayanan ürəyi bərpa edən cihaz - Tibb dünyasında YENİ cığır - FOTO

Dayanan ürəyi bərpa edən cihaz - Tibb dünyasında YENİ cığır - FOTO
21:12 17 Dekabr 2019
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Tibb dünyasında cığır açan yeni cihaz istifadəyə verilib.

Bu cihazıa Amerikanın Duke Universitetində həkimlər ölən şəxsin ürəyini çıxarıb yenidən işlək vəziyyətə gətiriblər. Həmin ürək başqa bir xəstəyə uğurla köçürülüb.
Milli.Az medicina.az-a istinadən bildirir ki, həkimlər bildirir ki, İngiltərə və Avstraliyadan sonra bu əməliyyat ilk dəfə Amerikada keçirilib. Bu zaman ölən şəxsin ürəyi çıxarılır və bir cihazın içinə yerləşdirilir. Bununla ürəyin fəailiyyəti yenidən bərpa olur və digər xəstəyə köçürülür.

Həmin cihaz Türkiyə Səhiyyə Nazirliyi tərəfindən də böyük maraqla qarşılanıb.Hazırda Türkiyədə beyin ölmü gerçəkləşməyən xəstələrin ürəyi, donor kimi istifadə edilə bilmir.

Bəlli bir müddət dayanıb yenidən işlədilən ürəkdə problemlər meydana gəlmə ehtimalı ilə, digər xəstələrə köçürülmür. Bu cihazla isə dayandıqdan sonra yenidən döyünən hala gətirilən ürəyin heç bir problemsiz digər şəxslərə nəql edilə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/811304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR