Parlamentdə GƏRGİNLİK: millət vəkilləri bir-birinə hücum etdi - FOTO

Parlamentdə GƏRGİNLİK: millət vəkilləri bir-birinə hücum etdi - FOTO
12:13 18 Dekabr 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Böyük Millət Məclisində gərginlik baş verib.

Publika.az xəbər verir ki, 2020-ci ilin Dövlət Büdcəsi Qanunu Təklifi müzakirəyə çıxarılan zaman CHP və AK partiyalarından olan millət vəkilləri arasında dava düşüb.

CHP-li deputat Vəli Ağababa büdcə haqqında sərt danışıb: “Builki büdcəyə ad tapmaq lazımdırsa, hər halda, ən uyğun ad “çiy köftə büdcəsi” olardı. 17 il əvvəl məhdud sayda çiy köftəçi varkən, bu gün şəhərlərdə ən çox açılan iş yeri məhz onlarındır. Kasıbın, ən aşağı əməkhaqqına möhtac olanın, məmurun ən ucuz şəkildə qarnını doydurduğu yer çiy köftəçinin məkanıdır. Dürüm 3 lirədir. Çiy köftəçi restoranlarını AKP-li millət vəkilləri, ya da sizin uşaqlarınız açmır. Bunu bilirik. Sizin uşaqlarınız özəl qurumlarda işləyir. Çiy köftəçi dükanlarını isə iş tapa bilməyən müəllimlər, mühəndislər və universitet məzunları açır”.

Deputatın bu sözlərindən sonra onunla AKP-li həmkarları arasında mübahisə yaranıb. Onlar bir-birlərinə hücum ediblər. Gərginliyin daha da artmasına görə müzakirələrə fasilə verilib.

Fasilədə ara sakitləşsə də, müzakirələr başlayandan sonra Vəli Ağababa yenidən tənqidlərinə davam edib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/299422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR