Azərbaycanlı futbolçu medalını satışa çıxardı - FOTO

Azərbaycanlı futbolçu medalını satışa çıxardı - FOTO
13:27 18 Dekabr 2019
95 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan çempionatının Əvəzedici Komandalar arasında keçirilən yarışın bürünc medalı satışa çıxarılıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, adı açıqlanmayan futbolçu bürünc medalını auksion vasitəsiylə satmaq niyyətindədi. Bu barədə elan sosial şəbəkələrdəki auksion səhifələrindən birində yer alıb. Start qiyməti 1 manatdır.

Hələlik medala maraq böyük deyil və artım cəmi 6 manata qədər çatıb.

Medal 2010/2011-ci il mövsümünə aiddir. Elanda qeyd olunur ki, medal bürünc materialdan hazırlanıb. İstehsalçı "ARTHUS -BERTRAND DEPİUS 1803 PARİS"dir.

Xatırladaq ki, 2010/2011-ci il mövsümündə əvəzedicilərin yarışında bürünc medalları "Qəbələ" komandası qazanıb. Çempion "Bakı" olub, 2-ci yeri isə "Turan"ın gəncləri tutub.
 
Qeyd edək ki, elanda medalın birinci dəstəyə aid olduğu yazılır. Amma medalın üzərində onun əvəzedici komandaların yarışına aid olduğu qeyd edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/811426.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR