Bakıda TÜRKPA Şurasının iclası işə başladı

Bakıda TÜRKPA Şurasının iclası işə başladı
14:03 18 Dekabr 2019
52 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 18-də Bakıda Milli Məclisin təşkilatçılığı ilə Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) Şurasının 9-cu iclası işə başlayıb.

Publika.az xəbər verir ki, tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop türk xalqlarının ortaq tarixi paylaşdığını bildirib. Azərbaycan torpaqlarının bir hissəsinin hələ də işğal altında qalmasını təəssüflə xatırladan Mustafa Şentop bu məsələdə Türkiyənin Azərbaycanın yanında olduğunu qeyd edib.

Milli Məclisin Sədri Oqtay Əsədov TÜRKPA-ya sədrliyi dövründəki uğurlu fəaliyyətinə görə Türkiyə parlamentinə təşəkkür edib. Bildirib ki, TÜRKPA nüfuzlu parlament təşkilatına çevrilib. Ötən illərdə başlanmış bütün işlər davam etdiriləcək. Təşkilatın beynəlxalq əlaqələrinin inkişafı yenə də diqqət mərkəzində olacaq. TÜRKPA-nın müşahidə missiyasının fəaliyyəti növbəti bir ildə də diqqətdə saxlanılacaq. Sədr əminliyini bildirib ki, TÜRKPA qarşıda duran bütün məsələləri uğurla icra edəcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/299444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR