BP 3 beynəlxalq dərsliyi Azərbaycan dilində nəşr etdirib

BP 3 beynəlxalq dərsliyi Azərbaycan dilində nəşr etdirib
15:52 18 Dekabr 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün BP şirkət idarəetmə, siyasət elmi və keys menecment sahələri üzrə alı təhsil üçün beynəlxalq miqyasda tanınmış 3 dərsliyin Azərbaycan dilində nəşrini təqdim edib.
“Report”un məlumatına görə, bunlar BP-nin Azərbaycan dilində yerli universitetlərə gətirməyi öhdəsinə götürdüyü 10 beynəlxalq təhsil vəsaitlərindən ilk 3-nün tərcüməsidir.
Dərsliklər beynəlxalq miqyasda ən geniş yayılmış kitablar arasındadır. Onlar yerli universitetlərdən və ekspertlərdən alımmış tövsiyyələr əsasında seçilib. Bu kitabların seçilməsində başqa bir mühüm meyar onların aparıcı beynəlxalq universitetlərin proqramlarında icbari təhsil vəsaiti kimi istifadə edilməsidir.
Kitabların təqdimatında çıxış edən BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, təhsilə dəstək BP-nin sosial fəaliyyətində hamişə prioritet sahə olub: “Biz başa düşürük ki, yerli universitetlərin tələbələri və müəllim heyətinə öz ana dilində dünyanın ən yaxşı akademik kitablardan istifadə edən bilmək imkanının yaradılması mühüm əhəmiyyət kəb edir. Ötən il biz dünyanın ən yaxşı 3 iqtisadiyyat kitabının təqdimatını keçirdik, onlara olan yüksək maraq və tələbat bizi daha da həvəsləndirdi. Nəticədə qərara gəldik ki, ən yaxşı beynəlxalq ali təhsil materiallarının Azərbaycana gətirilməsi üşün səylərimizi davam etdirək”.
B.Aslanbəylinin sözlərinə görə, dünyanın ən yaxşı təhsil resurslarından istifadə imkanı yaratmaqla şirkət ali təhsil sektorunda tədrisin keyfiyyətinin artırılması və modernləşdirilməsi istiqamətində ölkədə göstərilən ümumi səylərə dəstək olur: “Bu məqsədlə biz ali təhsil müəssisələri üçün əhəmiyyətli olan 10 beynəlxalq dərslik və tədris materialın siyahısını müəyyənləşdirmişik. Qalan 7 kitabın 2020-ci ilin sonunadək Azərbaycan dilinə tərcümə edilərək nəşr edilməsini planlaşdırırıq”.
Kitablar BP-nin yerli universitetlərə hədiyyəsidir, lakin yerli kitabxanalat və əlaqədar akademik institutlar vasitəsilə bütün maraqlı şəxslər üçün də əlçatan olacaq. 10 kitabın tərcümə və çap işlərinin ümumi dəyəri 634 145 manatdır.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bp-3-beynelxalq-dersliyi-azerbaycan-dilinde-nesr-etdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR