AzTU-da "Azərbaycan və Türkiyə Universitetləri: təhsil, elm, texnologiya" beynəlxalq konfransı keçirilib

AzTU-da "Azərbaycan və Türkiyə Universitetləri: təhsil, elm, texnologiya" beynəlxalq konfransı keçirilib
17:27 18 Dekabr 2019
109 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Respublikası Təhsil Nazirliyi, AzTU və Türkiyə Cümhuriyyəti Yükseköğretim Kalite Kurulunun təşkilatçılığı ilə "Azərbaycan və Türkiyə Universitetləri: təhsil, elm, texnologiya" I beynəlxalq elmi-praktiki konfrans keçirilib.
"Report" xəbər verir ki, AzTU-nun rektoru Vilayət Vəliyev müasir dövrdə elmlə texnikanın kəsişməsinin meydana çıxardığı yeni istiqamətlərdən danışıb. 
Rektor Azərbaycan və Türkiyə Universitetləri Assosiasiyasının yaradılması təklifi ilə çıxış edib. O bildirib ki, Assosiasiyanın yaradılması qardaş ölkələrin universitetləri arasında əlaqələrin inkişafında mühüm rol oynaya bilər.
Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli qeyd edib ki, növbəti tədris ilindən Azərbaycan vətəndaşları ikili diplom proqramları əsasında təhsil alacaqlar.
Hazırda dünyanın 500 ən yaxşı universitetində Azərbaycan vətəndaşlarının doktorantura təhsillərini dövlət hesabına davam etdirdiyini diqqətə çatdıran nazirliyin şöbə müdiri bunun gələcəkdə dünya ali məktəblərinin təcrübəsinin ölkədə tətbiq olunması istiqamətində mühüm addım olduğunu vurğulayıb. 
Nicat Məmmədli AzTU-nun rektoru Vilayət Vəliyevin Azərbaycan-Türkiyə Universitetləri Assosiasiyasının yaradılması təşəbbüsünü müsbət qiymətləndirdiyini və bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini qeyd edib.
Dövlətlərarası iqtisadi aktivlik göstəricilərindən danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov Azərbaycan-Türkiyə universitetlərinin birliyinin iki ölkənin təhsil və elmi inkişafına böyük töhfələr verəcəyini qeyd edib.
Tədbirdə çıxış edən türkiyəli qonaqlar konfransın əhəmiyyətindən danışıblar və iki ölkənin universitetləri arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı təkliflər səsləndiriblər.
İşini 6 bölmə iclasları ilə davam etdirən konfrans dekabrın 20-də yekunlaşacaq.










Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/aztu-da-azerbaycan-ve-turkiye-universitetleri-tehsil-elm-texnolog

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR