Azərbaycan sərhədində partlayış və güclu yanğın

Azərbaycan sərhədində partlayış və güclu yanğın
00:05 17 Yanvar 2015
90 Digər
Ölkə mətbuatı
A- A+

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub
Azərbaycan-Gürcustan sərhədində güclü yanğın hadisəsi baş verib.

Hadisə şahidlərinin anspress-ə verdiyi məlumata görə, yanğın "Qırmızı körpü"nün yaxınlığında baş verib.

Belə ki, “Ford” markalı mikroavtobus qəfildən yanmağa başlayıb. Hadisə şahidlərinin bildirdiyinə görə, maşının alışdığını görən şərnişinlər vaxtında salonu tərk ediblər.

Bu səbəbdən güclu yanğın olmasına rəğmən heç kim xəsarət almayıb. Yanan avtomobil partlayıb və tamamilə yararsız hala düşüb.

Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub. Yanğını 10 dəqiqə sonra söndürmək mümkün olub.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/319489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR