2020-ci ilin ideal smartfonu açıqlanıb

2020-ci ilin ideal smartfonu açıqlanıb
07:12 19 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

"AnTuTu" saytında ən yeni "Snapdragon 865" mobil prosessorunun sınaqları keçirilib. "Digital Trends" portalı 2020-ci ilin qabaqcıl smartfonlarının bu çip üzərində qurulacağını bildirir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, sintetik testlərdə "Qualcomm" prosessoru 564 970 xal toplayaraq çipin əvvəlki "Snapdragon 855" versiyasını və "iPhone 11" seriyalı modellərin təchiz edildiyi "Apple A13 Bionic" prosessorunu geridə qoyub. Məhsuldarlığın yoxlanıldığı test qurğusu "Snapdragon 865" çipi ilə yanaşı, 2880х1440 pikselli ekran, 12 giqabayt operativ və 128 giqabayt quraşdırılmış yaddaş ilə təchiz olunub. Nəşrin ekspertləri tərəfindən belə spesifikasiyalar 2020-ci ilin ən yaxşı smartfonları üçün ideal adlandırılıb.

"Digital Trends" çipin ən yaxşı nəticələri yüksək məhsuldarlıq rejimində göstərməsinə diqqət yetirib. Adi rejimdə prosessorun gücü təxminən 10 min bal aşağı qiymətləndirilib. Jurnalistlər qeyd edib ki, akkumulyatora qənaət etmək və qızmadan mühafizə üçün bir sıra istehsalçılar maksimal məhsuldarlıq rejimini işə salır.

"Snapdragon 865" çipi ilə təchiz ediləcək smartfonlar sırasına 2020-ci ilin birinci rübündə nümayiş ediləcək "Xiaomi Mi 10" və "Samsung Galaxy S11" smartfonları daxil olacaq. "Samsung" şirkəti dekabrın 11-də "Galaxy S11" smartfonlarının məhsuldarlığının artırılması məqsədilə öz prosessorunu "Qualcomm" məhsulu ilə əvəzləyəcəyini bəyan edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/811145.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR