“5G” şəbəkələrindən istifadə edən abunəçilərin sayı məlum olub

“5G” şəbəkələrindən istifadə edən abunəçilərin sayı məlum olub
07:52 19 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

2019-cu il sentyabrın sonunda dünyada beşinci nəsil (5G) şəbəkələrində rabitə xidmətlərindən istifadə edən abunəçilərin sayı 4 milyon təşkil edib. "Ovum" analitik şirkətinin proqnozuna görə, dekabrın sonuna bu göstərici 12,9 milyon olacaq.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, 2023-cü ildə dünyada 1,3 milyard "5G" abunəçisinin olacağı gözlənilir, yəni dünya əhalisinin 13%-i belə xidmətdən istifadə edəcək.

Hazırda dünyada 3GPP standartını dəstəkləyən 50 ədəd "5G" kommersiya şəbəkəsi mövcuddur. 2019-cu ilin sonuna onların sayı 67-yə çatmalıdır.

Cari ilin aprelindən "5G" kommersiya xidməti istifadəyə verilmiş Cənubi Koreyada "5G" şəbəkələrinə artıq 3 milyon qoşulma qeydə alınıb.

"Ericsson" şirkətinin proqnozuna görə, 2025-ci ilədək "5G" şəbəkələri planet əhalisinin 65%-nə əlçatan olacaq və qlobal mobil trafikin 45%-ni təmin edəcək. Həmçinin həmin vaxt dünyada "5G" xidmətlərindən istifadə edən abunəçilərin sayı 2,6 milyarda yaxınlaşacaq.

Hələ ki LTE ən populyar mobil rabitə texnologiyası olaraq qalır: 2019-cu ilin üçüncü rübündə müvafiq şəbəkələrə qoşulma sayı 5 milyard təşkil edib. İlin əvvəlindən bu göstərici 1 milyarda yüksəlib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/811140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR