Türkiyə türkdilli ölkələrə ixracı artırıb

Türkiyə türkdilli ölkələrə ixracı artırıb
09:32 19 Dekabr 2019
40 Dünya
Ölkə mətbuatı
A- A+

2019-cu ilin yanvar-oktyabr aylarında Türkiyənin türkdilli ölkələrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artaraq 3,819 milyard dollar təşkil edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, oktyabr ayında Türkiyədən türkdilli ölkələrə ixrac 2018-ci ilin oktyabrı ilə müqayisədə 28,7 faiz artıb və 344,522 milyon dollara bərabər olub.

2019-cu ilin yanvar-oktyabr aylarında türkdilli ölkələrdən Türkiyəyə idxal ötən ilin eyn dövrü ilə müqayisədə 6,9 faiz artaraq 2,634 milyard dollar təşkil edib.

Oktyabr ayında türkdilli ölkələrdən Türkiyəyə idxal 2018-ci ilin oktyabrı ilə müqayisədə 19 faiz artıb və 212,328 milyon dollara bərabər olub.

2019-cu ilin oktyabrında Türkiyənin xarici ticarət dövriyyəsi 34,515 milyard dollar təşkil edib.

Hesabat dövründə ixrac 2018-ci ilin oktyabrı ilə müqayisədə 1,53 faiz azalaraq 16,336 milyard dollar, idxal 10,79 faiz artaraq 18,179 milyarda bərabər olub.

Yanvar-oktyabr aylarında Türkiyənin xarici ticarət dövriyyəsi 320,912 milyard dollar təşkil edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/811594.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR