Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 933 milyon dollara çatıb

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 933 milyon dollara çatıb
11:07 19 Dekabr 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 932 milyon 777,1 min dollar təşkil edib.
“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə ölkənin Milli Statistika İdarəsinin ihesabatında bildirilib.
Hesabata əsasən, bu ilin 11 ayı ərzində Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 8,1%-ə bərabər olub.
Yanvar-noyabr aylarında Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra 4-cü yerdə qərarlaşıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanin-azerbaycanla-ticaret-dovriyyesinin-hecmi-933-mln-dollara

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR