Vladimir Putinin 15-ci illik mətbuat konfransı başlayıb

Vladimir Putinin 15-ci illik mətbuat konfransı başlayıb
13:12 19 Dekabr 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

Moskvada Rusiya Prezidenti Vladimir Putinin 15-ci illik böyük mətbuat konfransı başlayıb.
"Report" xəbər verir ki, bu il onun böyük mətbuat konfransı ötənilki rekordu qırıb: konfransa 1895 xarici və Rusiya KİV nümayəndəsi akkreditə olunub.
"Report" Azərbaycandan mətbuat konfransında müxbirinin iştirak edəcəyi yeganə informasiya agentliyi olub. Mətbuat konfransında Azərbaycan KİV-dən həmçinin İctimai televiziya akkreditasiya alıb.
"Rossiya1", "Rossiya24", Birinci Kanal, NTV, həmçinin "Mayak", "Vesti FM" və "Radio Rossiya" radiostansiyaları mətbuat konfransını canlı yayımlayacaqlar.
Qeyd edək ki, V.Putinin ən qısa çəkən - 1 saat 35 dəqiqə davam edən mətbuat konfransı 2001-ci ildə jurnalistlərlə ilk görüşündə, ən uzunmüddətlisi (4 saat 40 dəqiqə) isə 2008-ci ildəki mətbuat konfransında qeydə alınıb. 2004-cü ildən bəri Rusiya dövlət başçısının jurnalistlərlə ünsiyyəti hər il 3 saatdan çox davam edir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/vladimir-putinin-15-ci-illik-metbuat-konfransi-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR