İnternetdə tanış olduğu qız transgender çıxdı, öldürdü - FOTO

İnternetdə tanış olduğu qız transgender çıxdı, öldürdü - FOTO
13:42 19 Dekabr 2019
110 Dünya
Ölkə mətbuatı
A- A+

Oğlan sosial şəbəkədə tanış olduğu qızın transgender olduğunu bildikdə onu qətlə yetirib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 17 yaşlı Nikki Kuhnhauseni öldürən 25 yaşlı David Bogdanov saxlanılıb.

İyun ayının 6-dan etibarən itkin düşən Kuhnhausenin cansız bədəni Bogdanovla görüşdüyü ərazidən tapılıb. Cəsəd dekabr ayının 7-də, yoldan keçən şəxslərdən birinin ağaclıq ərazidə insan kəllə sümüyü görməsi nəticəsində aşkarlanıb.

Polis tərəfindən saxlanılan Bogdanov iyun ayının 6-da Kuhnhausen ilə görüşdüyünü etiraf etsə də, trangender olduğunu bildikdən sonra dalaşıb, ərazidən uzaqlaşdığını söyləyib.

Autopsiya nəticəsində məlum olub ki, Kuhnhausen boğularaq öldürülüb.

Hadisə ABŞ-ın Nevada ştatında baş verib.

İsmayıl
Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/811676.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR