Sevgi münasibətlərində kişi qadından cavan ola bilərmi? - MÜZAKİRƏ

Sevgi münasibətlərində kişi qadından cavan ola bilərmi? - MÜZAKİRƏ
00:12 17 Yanvar 2015
242 Sosial
Ölkə mətbuatı
A- A+

Dünya məşhurları arasında kişi cavan, qadın isə yaşlı olan cütlüklərin sayı çoxdur. Bu dəbdir, yoxsa ikinci nəfəs? Niyə belə?

Kişinin bir neçə yaş böyük olduğu cütlüklərdə heç bir tərəf utanmır, narahatlıq keçirmir. Kişilər istənilən yaşda özlərindən cavan sevgili tapa bilirlər. Bəzən bu yaş həddi 40-ı da keçir.

Oğlanların cavan olması tendensiyası isə yeni başlayıb. Gənc oğlanlar bəzən anaları yaşda qadınlarla sevişirlər. Rusiya şou-biznesində Maksim Qalkin və Alla Puqaçova buna bariz nümunədir. Cennifer Lopez, Madonna kimi ulduzlar da özlərindən 15-20 yaş cavan oğlanlarla eşq yaşayırlar.

Məsələ ilə bağlı fikirlər də müxtəlifdir. Kimlərsə cavan sevgili seçən qadınların cəsarətli olduğunu deyirlər. Başqa fikrin tərəfdarları belə hərəkətlərin mənəvi kasadlıq olduğunu iddia edirlər.

Bəs siz necə düşünürsünüz, əziz oxucular? Sevgi münasibətlərində kişi qadından cavan ola bilərmi?

Fikirlərinizi aşağıdakı şərh bölməsində yaza bilərsiniz.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR