Bakıda ağır qəza: Avtomobil körpüyə belə çırpıldı - ANBAAN VİDEO

Bakıda ağır qəza: Avtomobil körpüyə belə çırpıldı - ANBAAN VİDEO
15:05 19 Dekabr 2019
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda baş vermiş dəhşətli qəza anı kameraya düşüb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə günün qaranlıq vaxtında baş verib. Normal hərəkət zamanı avtomobillərdən biri zolaqlar üzrə hərəkət qaydasını pozur. Nəticədə digər avtomobilin yoluna çıxaraq ona yandan toxunur. Sürücü idarəetməni itirir və avtomobil sürüşərək təhlükəsizlik adacığına, orda da körpünün başlanğıcına dəyir.

Hadisə nəticəsində sürücü xəsarət alır. 

Bəzən zolaqlar üzrə hərəkət qaydalarını pozan sürücülər bunu kobud qayda pozuntusu hesab etmir. Amma nəticələri belə ağır da olur.

Videonu təqdim edirik:

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/811698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR