Azərbaycan bəstəkarlarının mahnı və romanslarından ibarət konsert keçirilib (ФОТО)

Azərbaycan bəstəkarlarının mahnı və romanslarından ibarət konsert keçirilib (ФОТО)
15:08 19 Dekabr 2019
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Vokalçıları Festivalı uğurla davam edir.

18 dekabr tarixində axşam saat 19:00-da festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzində XX əsr Azərbaycan bəstəkarlarının mahnı və romanslarından ibarət konsert keçirilib.

Trend-in məlumatına görə, gecədə əməkdar artistlər Anar Şuşalı, Səidə Şərifəliyeva, Nadir Xasıyev, Zenfira İsmayılova, İlahə Əfəndiyeva və başqalarının ifasında mahnı və romanslar səslənib.

Konsert proqramı canlı efirdə Azərbaycan Televiziyasının Mədəniyyət Kanalından yayımlanıb. Konsert tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3166252.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR