Avropada terror həyəcanı

Avropada terror həyəcanı
00:16 17 Yanvar 2015
138 Dünya
Ölkə mətbuatı
A- A+

Parisdə baş verən terror hücumlarından sonra Avropa ölkələri genişmiqyaslı təhülkəsizlik tədbirləri görür.

ANS PRESS-in məlumatına görə, Belçika, Fransa, İngiltərə və Almaniyada terrorçu olmaqda şübhəli bilinən onlarla insan həbs edilib.

Bu gün Paris və ətrafında 12 nəfər həbs edilib. Onlardan keçən həftə 17 nəfərin ölümü ilə nəticələnən iki terror hücumu ilə əlaqəsi olduğunda şübhələnilir. Bu gün eləcə də, Parisin dəmir yolu vağzalındakı insanlar qısa müddətə evakuasiya edilib.

Belçika prokurorlarının dediyinə görə isə ölkə boyu keçirilən reydlər zamanı islamçı qruplaşmaların üzvləri olan və polis işçilərinə qarşı hücum planlaşdırmaqda şübhəli bilinən 13 nəfər həbs edilib.

Belçika prokurorları Almaniya ilə sərhəd yaxınlığındakı Verviyer şəhərindəki bir mənzildən avtomat və kiçik çaplı odlu silahlar, partlayıcı maddələr, polis uniforması aşkar edildiyini bildirib. Dünən keçirilən reydlər zamanı iki silahlı şəxsin öldürüldüyü bildirilsə də, həmin şəxslərin kimliyi barədə hələ məlumat verilməyib.

Londonda Stansted hava limanında terror aktı hazırlamaqda şübhəli bilinən 18 yaşlı qız saxlanıldığı barədə polis məlumat yayıb. 18 yaşlı qızın kimliyi və Britaniyaya necə gəldiyi barədə məlumat verilmir.

Almaniya polisi isə İŞİD-ə döyüşçü cəlb edən 2 nəfərin Berlin şəhərində həbs edildiyini bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR