Oqtay Gülalıyevlə bağlı MÜHÜM XƏBƏR - FOTO

Oqtay Gülalıyevlə bağlı MÜHÜM XƏBƏR - FOTO
19:23 19 Dekabr 2019
57 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün atam Oqtay Gülalıyevin EEG müayinəsi üçün həkim Bülent Kahyaoğlu gəlib. O, atamın komadan ayılma ehtimalının çox olduğunu deyib. Amma təəssüflə bildirib ki, baş nahiyəsində zərbə ağır olduğuna görə və az da olsa "ödəm" qaldığı üçün zamana ehtiyacımız var.

Publika.az xəbər verir ki, bunu O.Gülalıyevin oğlu Təbriz Gülalıyev özünün Feysbuk səhifəsində yazıb.

O, "Çəkilən şəkildə göründüyü kimi atam sağ gözünü az da olsa açmaq istəyib”, - deyə əlavə edib.

Xatırladaq ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub.

Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Hazırda onun müalicəsi Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə Amerikan Xəstəxanasında davam etdirilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/299587.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR