Bakıda universitet tələbəsi Pakistan vətəndaşını döyərək qarət etdi

Bakıda universitet tələbəsi Pakistan vətəndaşını döyərək qarət etdi
19:27 19 Dekabr 2019
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda əcnəbi qarət edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nəsimi rayonu, R.Behbudov küçəsi 13 ünvanındakı hosteldə baş verib.

Pakistan vətəndaşı, 1991-ci il təvəllüdlü Asad Mühammed Bin polisə müraciət edərək bildirib ki, həmin hosteldə olarkən Pakistan vətəndaşları - Memarlıq və İnşaat Universitetinin 1-ci kurs tələbəsi, 1998-ci il təvəllüdlü Mahmood Salman və 1998-ci il təvəllüdlü Munir Shaqaib 700 avro pulunu oğurlayıb. Daha sonra Mahmood Salman onu döyüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/811843.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR