Azərbaycan Kubokunda ikinci yarımfinalçı bəlli olub

Azərbaycan Kubokunda ikinci yarımfinalçı bəlli olub
19:57 19 Dekabr 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Kubokunda ikinci yarımfinalçı bəlli olub.
"Report"un məlumatına görə, bu son ölkə kubokunun qalibi "Qəbələ" komandasıdır.
Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv 1/4 final mərhələsinin cavab matçında səfərdə "Sabah"ı 3:1 hesabı ilə məğlub edib. 22 və 23-cü dəqiqələrdə "Qəbələ"nin gürcüstanlı hücumçusu Davit Volkov fərqlənib.
62-ci dəqiqədə Bəhlul Mustafa hesab arasındakı fərqi azaltsa da iki dəqiqə sonra Klesio Bauk komandasının üçüncü qoluna imza atıb. Mustafazadə 76-cı dəqiqədə növbəti dəfə topu sabiq komandasının qapısından keçirib. "Sabah"ın bundan artığına gücü çatmayıb.
Əyalət təmsilçisi ilk görüşdə rəqibini 3:0 hesabı ilə üstələyə bilib. "Qəbələ" yarımfinalda "Zirə" ilə üz-üzə gələcək.
Qeyd edək ki, digər iki yarımfinalçı sabah bəlli olacaq. "Sumqayıt" "Neftçi"ni, "Keşlə" isə "Qarabağ"ı qəbul edəcək. Yarımfinallar 22 - 29 apreldə keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-kubokunda-ikinci-yarimfinalci-belli-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR