Elmar Məmmədyarov Avropa İttifaqı Baş katibinin müavini ilə görüşüb

Elmar Məmmədyarov Avropa İttifaqı Baş katibinin müavini ilə görüşüb
22:50 19 Dekabr 2019
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı (Aİ) Baş katibinin müavini, Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru Jan-Kristof Belliardın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafı barədə fikir mübadiləsi aparıblar və birgə maraq doğuran sahələri inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.

Görüş zamanı, həmçinin Azərbaycanla Aİ arasında yeni Saziş mətninin razılaşdırılması üzrə aparılan danışıqların cari vəziyyəti müzakirə edilib.

Jan-Kristof Belliard Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın mövcüd durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.

Naziri Elmar Məmmədyarov ölkəmizin Şərq Tərəfdaşlığı çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlıq etdiyini və buna böyük əhəmiyyətin verildiyini qeyd edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3166491.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR