ABŞ-da qocalar evində atəş açan şəxs intihar edib

ABŞ-da qocalar evində atəş açan şəxs intihar edib
01:22 20 Dekabr 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Rod-Aylend ştatında, Uesterli şəhərindəki qocalar evində atəş açan şəxs özünə qəsd edib.
"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Polis hadisənin kompleksin 66 yaşlı kirayənişini tərəfindən törədildiyini müəyyənləşdirib. Qeyd edilir ki, o, intihar edib. Həmin şəxsin meyiti öz otağında ölü aşkarlanıb. Bununla da hadisə zamanı ölənlərin sayı 2 nəfərə çatıb.
Hadisənin başvermə səbəbi müəyyənləşdirilir.
"The Boston Globe" qəzetinin yadığı məlumata görə, qocalar evində baş verən hadisə zamanı 47, 38 67 yaşlı 3 qadın yaralanıb. Onlardan ikisi kompleksin əməkdaşı idilər, üçüncüsü isə kirayənişin olub. Zərərçəkənlərdən biri sonradan ölüb, digərləri xəstəxanaya yerləşdirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-qocalar-evinde-ates-acan-sexs-intihar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR