Schlumberger kompaniyası 9 min əməkdaşını ixtisar etməyi planlaşdırır

Schlumberger kompaniyası 9 min əməkdaşını ixtisar etməyi planlaşdırır
00:23 17 Yanvar 2015
119 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, AzərTAc
Dünyada ən iri neft-servis kompaniyası olan Schlumberger Ltd neft bazarında qiymətlərin ucuzlaşması səbəbindən 9 min əməkdaşını (7 faiz) ixtisar etməyi planlaşdırır.
AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ixtisarlar nəticəsində Amerika şirkətinin ildə 296 milyon dollar vəsaitə qənaət edəcəyi gözlənilir. 2014-cü ilin dördüncü rübü ərzində kompaniya 302 milyon dollar qazanıb ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 82 faiz azdır.
Qeyd edək ki, Schlumberger Ltd neft-qaz sahəsində aparıcı texnologiya təchizatçısıdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Schlumberger_kompaniyasi_9_min_emekdasini_ixtisar_etmeyi_planlasdirir-825463

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR