Əbülfəs Qarayev nümayəndələrlə görüşdü - FOTO

Əbülfəs Qarayev nümayəndələrlə görüşdü - FOTO
11:03 20 Dekabr 2019
56 Digər
Ölkə mətbuatı
A- A+

Mədəniyyət naziri Əbülfəs Qarayev dekabrın 19-da bir sıra ölkələrdəki Azərbaycan icmalarını təmsil edən nümayəndələrlə görüşüb.

Publika.az xəbər verir ki, görüş Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə diaspor quruculuğu istiqamətində həyata keçirilən fəaliyyət çərçivəsində xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və onların ölkəmizin ümumi maraqlarının müdafiəsinə cəlb edilməsi məqsədilə həyata keçirilən “Liderliyin İnkişaf Proqramı” layihəsi çərçivəsində gerçəkləşib.

Proqram çərçivəsində Almaniya, Fransa, Türkiyə, Ukrayna və Gürcüstandakı Azərbaycan icmaları nümayəndələrinin ölkəmizə səfəri təşkil olunub.

Əbülfəs Qarayev “Liderliyin İnkişafı Proqramı” layihəsini yüksək qiymətləndirdiyini bildirərək nümayəndə heyətinə uğurlar arzulayıb. Bu istiqamətdə aparılan işlərə Mədəniyyət Nazirliyi tərəfindən dəstək göstəriləcəyini diqqətə çatdırıb. Nazir qeyd edib ki, informasiya texnologiyaları vasitəsilə Azərbaycan mədəniyyəti haqqında məlumatların daha geniş auditoriyaya çatdırılması istiqamətində diasporla birgə iş aparılmalıdır.

Görüş təklif olunan layihələr üzrə fikir mübadiləsi ilə davam edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/299634.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR