ABŞ-ın Gürcüstandakı yeni səfiri təsdiqlənib

ABŞ-ın Gürcüstandakı yeni səfiri təsdiqlənib
11:27 20 Dekabr 2019
46 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Senatı Kelli Deqnanın (Kelly C. Degnan) Gürcüstana səfir təyin olunmasını dəstəkləyib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Senatın rəsmi saytında bildirilib.
K.Deqnan hazırda ABŞ Hərbi Dəniz Qüvvələri rəhbərliyinin Avropa və Afrika üzrə siyasi məsləhətçisidir.
Səfir vəzifəsinə namizədin diplomatik missiyalarda 25 illik iş təcrübəsi var. K.Deqnan ABŞ-ın Türkiyədəki səfirliyində siyasi müşavirin müavini vəzifəsində də çalışıb. O, italyan, fransız, türk və digər xarici dilləri bilir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkənin Gürcüstandakı səfir postuna K.Deqnanın namizədliyini bu ilin sentyabrında irəli sürüb.
ABŞ-ın Gürcüstandakı səfir postu 2018-ci ilin martından vakant qalıb. 2015-2018-ci illərdə bu vəzifəni Yan Kelli tutub. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/abs-in-gurcustandaki-yeni-sefiri-tesdiqlenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR