500 mln. dollarlıq qaçaqmalçılığın qarşısı alınıb - Komitə sədri

500 mln. dollarlıq qaçaqmalçılığın qarşısı alınıb - Komitə sədri
11:48 20 Dekabr 2019
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Hazırda xarici ticarət iştirakçılarına göstərilən elekteron xidmətlərin sayı 15-i keçib.

Publika.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda çıxışında deyib.

O bildirib ki, Dövlət Gömrük Komitəsinin qarşısında mühüm vəzifələr qoyulub: "Bu vəzifələrin içərisində xarici ticarət iştirakçıları üçün əlverişli şəraitin yaradılması mühüm yer tutur. Son iki ildə şəffaflığın təmin olunması, idarəçiliyin çevikləşdiriıməsi, elektron xidmətlərin sayının artırılması mühüm rol oynayır. 500 milyon dollar həcmində qaçaqmalçılıq malları aşkar edilərək götürülüb. Bunun əsas hissəsini natkotik vasitələr təşkil edib. "Yaşıl dəhliz"in tətbiqilə bağlı həyata keçirilən proqramlar 8 milyard dolları əhatə edir".

Onun sözlərinə görə, həyata keçirilən islahatlarda dövlət qurumlarının qarşılıqlı əməkdaşlığı xüsusi əhəmiyyətə malikdir. Dövlət qurumları islahatlar paketinin həyata keçirilməsində, korrupsiyanın, rüşvətin qarşısının alınmasında, şəffaflığın təmin edilməsində Dövlət Gömrük Komitəsinin yanında oldular. Nəticədə dövlət büdcəsinə daxilolmalar son 2 ildə 2 milyarda yaxın artdı".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/299643.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR