Ramil Şeydayevin çıxış etdiyi komanda baş məşqçisi ilə müqaviləni uzadıb

Ramil Şeydayevin çıxış etdiyi komanda baş məşqçisi ilə müqaviləni uzadıb
13:02 20 Dekabr 2019
41 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın "Dinamo" klubu əsas komandanın baş məşqçisi Kirill Novikovla müqavilənin müddətini uzadıb.
"Report" Moskva təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi ilə yanaşı onun köməkçisi Vitali Qrişin və qapıçı məşqçisi Dmitri İzotovla da yeni sözləşmə imzalanıb. Müqavilələr 2021-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Kirill Novikov oktyabrın 8-də "Dinamo"ya baş məşqçi təyin olunub. Komanda 38 yaşlı mütəxəssisin rəhbərliyi altında uğurlu çıxışı ilə diqqət çəkir. Moskva klubu 19 turdan sonra Rusiya Premyer Liqasında 24 xalla 8-ci pillədə qərarlaşıb. Ramil Şeydayev bu ilin yayından "Dinamo"nun formasını geyinir. 23 yaşlı hücumçunun klubla müqaviləsi mövsümün sonunda başa çatır. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ramil-seydayevin-cixis-etdiyi-komanda-bas-mesqcisi-ile-muqavileni-uzad

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR