PAŞA Sığorta: “Yeni ili sığortalı evinizdə qarşılayın”

PAŞA Sığorta: “Yeni ili sığortalı evinizdə qarşılayın”
13:29 20 Dekabr 2019
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

PAŞA Sığorta şirkəti evini sığortalayanlara 50 AZN-dək dəyərində alış-veriş kartı hədiyyə edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, yanvarın 31-dək PAŞA Sığorta şirkətinə müraciət edərək “Yaşıl Bakı” əmlak sığortası məhsulu əldə edən müştərilər Bravo marketlər şəbəkəsində keçərli 50 AZN-dək dəyərində alış veriş kartı qazanacaq.

Yaşıl Bakı - daşınmaz və daşınar əmlakın icbari və könüllü sığorta məhsuludur.

Bu məhsul 3 paketdən ibarətdir: Çinar, Cökə və Zeytun. Sizin tələblərinizə uyğun olan sığorta paketini seçərkən müvafiq sığorta təminatı əldə edirsiniz. Çinar paketini əldə edənlərə 30, Cökə paketini 40, Zeytun paketini əldə edənlərə isə 50 AZN dəyərində alış-veriş kartı hədiyyə olunacaq.

“Yaşıl Bakı” əmlak sığortası məhsulunu əldə etmək, həmçinin kampaniya haqqında ətraflı məlumat əldə etmək üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa və ya *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Kampaniya üzrə müraciət etmək üçün https://bit.ly/2Ep9lw6 linkinə daxil olub ərizə formasını doldura bilərsiniz.

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3166686.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR