Təmir etdiyi “BMW”ni qaçıran usta saxlanıldı

Təmir etdiyi “BMW”ni qaçıran usta saxlanıldı
14:01 20 Dekabr 2019
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Avtotəmir sexlərindən birinin qarşısından “BMW” markalı avtomobili qaçırmaqda şübhəli bilinən R.Əliyev avtomobillə birgə saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən mənə görə, dekabrın 6-da Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Abdurrəhmanlı 20 Yanvar küçəsindəki avtomobillərin təmiri sexlərindən birinin qarşısından “BMW” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, həmin sexdə usta işləyən R.Əliyev H.B.Əliyev küçəsində avtomobillə birgə saxlanılmışdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3166786.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR