Ramil dubl etdi, "Zenit" 18 qol vurdu

Ramil dubl etdi, "Zenit" 18 qol vurdu
00:32 17 Yanvar 2015
169 İdman
Ölkə mətbuatı
A- A+

Ötən gün keçirilən yoldaşlıq oyunlarından birində fantastik hesab qeydə alınıb. Fanat.az хəbər verir ki, Rusiyanın "Zenit" klubu bir komandanın qapısına 18 qol vurub.

Sankt-Peterburq təmsilçisi Qətərin "Malia" klubunu sınağa çəkib. Oyun "Zenit"in 18:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan ikisinə milli komandamızdan imtina edən Ramil Şeydayev vurub.

Qeyd edək ki, "Zenit"in heyətində Ramildən başqa Salomon Rondon 3, Andrey Arşavin və Denis Tkatçuk 2, Oleq Şatov, Domeniko Kriskito, Luis Neto, Halk, İlya Zuyev, Aleksandr Kerjakov, Aksel Vitsel, Aleksandr Ryazantsev və Anatoli Timoşçuk hərəyə bir dəfə fərqlənib.

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR