Yaxın Şərqdə yeni insidentlər gözlənilir

Yaxın Şərqdə yeni insidentlər gözlənilir
09:20 25 Dekabr 2014
93 Dünya
Ölkə mətbuatı
A- A+

İsrail ilə Fələstinin "Həmas" hərəkatı arasında gərginlik yenidən arta bilər.

ANS PRESS-in məlumatına görə, buna səbəb İsrail qüvvələrinin Qəzza zolağına yerüstü və havadan hücum etməsi olub.

Məlumata görə, "Həmas" mövqelərinə atılan raketlərdən biri 1 nəfərin ölümünə səbəb olub. İsrail ordusu qarşı tərəfin snayper hücumlarına cavab olaraq belə bir addım atdığını iddia edir.

"Həmas" rəhbərliyi isə, əksinə, ilk olaraq İsrailin fələstinlilərə atəş açdığını açıqlayıb.

Ötən gün öldürülən "Həmas" əsgərinin dəfn mərasimində minlərlə insan iştirak edib.

Bu il yay mövsümində İsrail ordusunun Qəzzaya qarşı apardığı hərbi kampaniya nəticəsində 2000-dən çox insan ölmüş, 11 min insan yaralanmışdı. Qarşıdurmalar zamanı İsrail ordusu 67 əsgər, 6 mülki vətəndaş itirdi. Avqust ayında tərəflər atəşkəs müqaviləsi bağlamışdılar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR