Bakı polisi məcburi köçkünün diləndirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirilib

Bakı polisi məcburi köçkünün diləndirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirilib
17:47 20 Dekabr 2019
52 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəklərdə Kəlbəcər rayonundan olan məcburi köçkünün məqsədli olaraq paytaxtda diləndirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirilib.
BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a bildirib ki, yayılan məlumat üzrə Baxşeyiş İsmayılov müəyyən olunub, onun diləndirilməsi ilə bağlı yayılan iddialar təsdiqini tapmayıb.
“Baxşeyiş İsmayılov kiməsiz deyil, o, Azərbaycan dövlətinin vətəndaşıdır, onun hüquqlarının təmin olunmasına tərəfimizdən xüsusi diqqət göstərilir”, - deyə E.Hacıyev bildirib.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-polisi-mecburi-kockunun-dilendirilmesi-ile-bagli-yayilan-melumat

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR