"Neftçi"nin baş məşqçisi: "Mübarizəni dayandırdığımız üçün üzgünük"

"Neftçi"nin baş məşqçisi: "Mübarizəni dayandırdığımız üçün üzgünük"
19:32 20 Dekabr 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

"Bizi çətin oyun gözlədiyini bilirdik. İlk görüşdəki neqativ nəticəni aradan qaldırmağa çalışırdıq. Oyun istədiyimiz kimi alındı".
"Report" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Sumqayıt"la qolsuz heç-heçə edərək mübarizəni dayandırdıqları cavab oyunundan sonra söyləyib.
54 yaşlı italiyalı mütəxəssisin sözlərinə görə, cinahlardan hücumlar təşkil etməyə cəhd göstərsələr də, qapıya zərbə vurmaqda çətinlik çəkiblər: "Üstün oynasaq da, alınmadı. Üzgünük".
Qeyd edək ki, "Sumqayıt" səfərdə baş tutan ilk oyunda "Neftçi"yə 1:0 hesabı ilə qalib gəlib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-nin-bas-mesqcisi-mubarizeni-dayandirdigimiz-ucun-uzgunuk

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR